Türkiyənin ən çox müdafiə sənayesi məhsulu ixrac etdiyi ölkələr - Azərbaycan ilk sıradadır

11:54 - 13.10.2020


13 oktyabr, Fineko/abc.az. Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru ötən ay ən çox ixrac həyata keçirdiyi ölkələrin adlarını açıqlayıb.

ABC.AZ Türkiyə İxracatçılar Məclisinə (TİM) istinadən xəbər verir ki, qardaş ölkənin müdafiə və aviasiya sektorunun ixracı 2020-ci ilin yanvar-sentyabr dövründə 17% azalaraq 1 milyard 521 milyon 396 min dollara geriləyib.

Sentyabrda isə keçən ilin eyni dövrü ilə müqayisədə 80%, avqust ayı ilə müqayisədə isə 58,7% artan ixrac 281 milyon 582 min dollar təşkil edib. Türkiyə bu sektorda ötən ay ən çox ixracatı 77 milyon 167 min dollarla Azərbaycana reallaşdırıb. İkinci yerdə 62 milyon 974 min dollarla Oman, 62 milyon 77 min dollarla ABŞ, 15 milyon 673 min dollarla Hindistan və 14 milyon 588 min dollarla Almaniya gəlir.

Müəllif: Elmir Murad