Gömrük büdcə daxilolmalarını azaldıb – Hesabat

12:23 - 9.10.2020


9 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 2 955,235 milyon manat təşkil edib.

ABC.AZ Komitəyə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,1% azdır.

Belə ki, son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 7,2% azalaraq 741 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 6% azalaraq 2 083,4 milyon manat, aksizlər üzrə daxilolmalar 48,7% azalaraq 103,3 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 16,4% azalaraq 27,5 milyon manat olub.

Müəllif: Elmir Murad