17:01 - 16.09.2020
16 sentyabr, Fineko/abc.az. Yanvar-iyul aylarında qeyri-neft-qaz məhsullarının ixracının həcmi məlum olub.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, bu il 2019-cu ilin analoji dövrü il müqayisədә faktiki qiymətlərlə 8,6%, real ifadədə isə 17,1% azalaraq 1 milyard 35,1 milyon dollara bərabər olub.
Qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (40,4%), Türkiyəyə (19,8%), İsveçrəyə (10,4%), Gürcüstana (8,1%), Çinə (3,1%), Ukraynaya (2,4%), İtaliyaya (2%), Qazaxıstana (1,6%), İrana (1,2%), Türkmənistana (1%), Belarusa (0,9%), ABŞ-a (0,9%) göndərilmiş malların payı üstünlük təşkil edib.
Müəllif: Elmir Murad
4 Avqust 2026
4 Avqust 2026