Azərbaycanda daha bir zavod açılacaq - Prezidentdən açıqlama

15:21 - 14.09.2020


14 sentyabr, Fineko/abc.az. Sumqayıtda şüşə istehsalı zavodu fəaliyyətə başlayacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Prezidenti İlham Əliyev “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, sözügedən zavod bu il işə düşəcək: "Oraya da böyük investisiyalar qoyulub və bizi şüşə ilə təmin edəcək.

Baxmayaraq ki, indi tikinti sektoru pandemiyaya görə bir qədər tənəzzülə uğrayıb, amma o, bərpa edilir və ediləcək. Biz özümüzü yerli şüşələrlə təmin edəcəyik. Bu da böyük nailiyyətdir".