16:06 - 7.09.2020
7 sentyabr, Fineko/abc.az. Bərdənin Qaradəmirçi kənd tam orta məktəbi üçün 624 şagird yerlik yeni bina inşa edilir.
ABC.AZ-ın məlumatına görə, üçmərtəbəli yeni məktəb binasında sinif otaqları, fənn kabinələri, kimya, biologiya və fizika laboratoriyaları, idman və akt zalları, kitabxana, oxu zalı, bufet, yeməkxana və digər otaqları olacaq.
Məktəbin həyətində qazanxana, generator, içməli, çirkab və yanğın əleyhinə su anbarları tikiləcək, idman meydançası yaradılacaq, abadlıq və yaşıllıq işləri həyata keçiriləcək.
Tikinti işləri 2021-ci ilin may ayında başa çatacaq.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026