14:50 - 4.09.2020
4 sentyabr, Fineko/abc.az. Hazırda daxili bazarda fındığın satış qiyməti xarici bazarla müqayisədə təxminən 20% yüksəkdir.
Bu da Azərbaycandan fındıq ixracının dayanmasına səbəb ola bilər.
ABC.AZ report-a istinadən xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov bildirib.
O qeyd edib ki, hazırda koronavirus pandemiyası ilə əlaqədar fındıq emalı müəssisələrinin çoxu bağlı olsa da, bu, fındıq alışına elə də təsir etməyib. "Bir çox möhtəkirlər kütləvi şəkildə fındıq almaqla məşğuldur. Bu da daxili bazarda həmin məhsulu bahalaşdırır və onun xarici bazara çıxarılmasına mane olur", - o qeyd edib.
Qeyd edək ki, Beynəlxalq Qoz və Quru Meyvə Şurasının məlumatına görə, Azərbaycan dünyada 5-ci fındıq istehsalçısıdır. Qlobal fındıq istehsalının 4%-i ölkəmizin payına düşür.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026