15:28 - 29.01.2018
29 yanvar, Fineko/abc.az. Azərbaycanın İqtisadiyyat Nazirliyi cari ildə də sahibkarlığı güzəştli şərtlərlə maliyyələşdirməyə davam edəcək.
2014-2018-ci illərdə regionların inkişafı üzrə Dövlət Proqramının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, 2018-ci ildə sahibkarlara 170 milyon manat güzəştli kredit veriləcək.
2017-ci ildə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 146 milyon manat ayrılıb ki, bunun 68%-dən çoxu ölkə regionlarının payına düşüb.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026