Qızılın qiyməti 2000 dollara yaxınlaşır – Səbəb

16:37 - 1.09.2020


1 sentyabr, Fineko/abc.az. Qızılın unsiyası 1,1% bahalaşaraq 1990 dollar səviyyəsinə çatıb.

ABC.AZ xəbər verir ki, ekspertlərin fikrincə, buna səbəb qlobal bazarlarda qızılın unsiyasının qiyməti, dollardakı zəifləmədir.

Bununla yanaşı digər bir səbəb kimi sərmayəçilərin ABŞ-da faiz nisbətlərinin uzun bir müddət daha aşağı səviyyələrdə qalacağını gözləmələri göstərilir.

Mütəxəssislər hesab edir ki, bütün bunlar qızılın bahalaşmasına təsiri edən amildir.

Müəllif: Elmir Murad