16:09 - 1.09.2020
1 sentyabr, Fineko/abc.az. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin iştirakı ilə “Alibaba Group” şirkətinin nümayəndələri ilə video-bağlantı formatında görüş keçirilib.
Nazirlikdən ABC.AZ-a verilən məlumata görə, video-tədbirdə çıxış edən nazir “Alibaba” şirkəti ilə əməkdaşlığın qurulması və inkişaf etdirilməsinin vacib olduğunu bildirib.
Görüş zamanı Azərbaycanda logistika və müvafiq anbar infrastrukturunun yaradılması, data mərkəzi və “bulud” infrastrukturu, elektron ticarət və digər sahələrdə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb, eləcə də əməkdaşlıq məsələləri ilə bağlı İşçi Qrupun yaradılması barədə razılığa gəlinib.