Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 1 mlrd dolları ötüb

15:47 - 27.08.2020


27 avqust, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin məlumatında  yeddi ayda Azərbaycana məhsul ixrac edən əsas ölkələrin siyahısı verilib.

Bildirilib ki, yeddi ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və Rusiya qərarlaşıb. İtaliyaya ixrac 2 milyard 933,2 milyon  dollar, Türkiyəyə 1 milyard 709,5 milyon dollar, Rusiyaya isə 430,7 milyon dollar dəyərindədir.

Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında da ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 3 milyard 179,9 milyon dollar, Türkiyə ilə 2 milyard 577,9 milyon dollar, Rusiya ilə 1 milyard 514 milyon dollar təşkil edib.