Cari ildə 124 mln dollarlıq meyvə-tərəvəz idxal olunub

11:48 - 21.08.2020


21 avqust, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən cari ilin yeddi ayında ölkəyə 206,1 min ton meyvə-tərəvəz idxal olunub.

Qeyd olunur ki, idxal edilən meyvə-tərəvəzin dəyəri 124 milyon dollar təşkil edib.

Xatırladaq ki, ötən ilin yanvar-iyul aylarında 113 milyon dollarlıq 184,3 min tondan çox meyvə-tərəvəz idxal edilib.