Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi yarım milyard dolları ötüb

12:31 - 19.08.2020


19 avqust, Fineko/abc.az. Yanvar-iyul aylarında Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının dəyəri 519 milyon dollar olub.

Ukrayna Dövlət Statistika Komitəsinin məlumatına görə, 7 ayda Azərbaycan bu ölkəyə 273 milyon dollarlıq məhsul ixrac edib. Ölkəmizin Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 246 milyon dollar olub.

Qeyd edək ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir. Keçən il Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 808 milyon dollara çatıb.

© Azertag.az