Ölkədə tütün və pivə istehsalı artıb

14:46 - 18.08.2020


18 avqust, Fineko/abc.az. 2020-ci ilin ilk altı ayı üzrə təhlillər onu göstərir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə tütün məhsullarının istehsalı 48,5 faiz, pivə istehsalı 4,2 faiz artıb. Müvafiq olaraq qeyd edilən məhsullar üzrə digər vergilərlə yanaşı aksiz vergisi üzrə də ödənişlər artıb.

Bu barədə ABC.AZ-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Pandemiya dövründə ictimai-iaşə obyektlərinin bağlı olmasına baxmayaraq, istehsal edilmiş pivənin həcmi ötən dövrlə müqayisədə 1.004 min litr çox olub. Pivə istehsalçıları tərəfindən məhsullar iri ticarət şəbəkələrində hazır qablaşdırılmış məhsullarla yanaşı süzülmə üsulu ilə də istehlakçılara təqdim edilməsi nəticəsində mümkün oldu.