15:39 - 17.08.2020
17 avqust, Fineko/abc.az. Pandemiya dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, açıq havada fəaliyyət göstərən ictimai iaşə mütəmadi dezinfeksiya işləri aparılmalı, hər bir masada dezinfeksiyaedici məhlullar yerləşdirilməlidir.
ABC.AZ xəbər verir ki, bu barədə Qida Təklükəsizlik Agentliyi açıqlama yayıb.
Qeyd olunur ki, kafe və restoranlarda təmizlik-dezinfeksiya işləri iş saatı ərzində əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməli, müəssisə təmizlik vasitələri, dezinfeksiyaedici maddələrlə, axar isti və soyuq su təchizatı ilə daimi olaraq təmin edilməlidir.
İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onların dəyişəkli təmiz iş geyimi olmalıdır. Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar.
5 Avqust 2026
5 Avqust 2026