11:51 - 6.08.2020
6 avqust, Fineko/abc.az. “SOCAR Aviation” Milas-Bodrum hava limanında yanacaqdoldurma məntəqəsini istismara verib.
ABC.AZ SOCAR-a istinadən məlumat verir ki, bu obyektdə ildə 3000 təyyarənin yanacaqla təchiz olunması planlaşdırılır.
“SOCAR Aviation” Muğlada yerləşən Milas-Bodrum hava limanında yanacaq təchizatını artıq öz obyektindən həyata keçirəcək.
“SOCAR Türkiyə” Dövlət Hava Limanları İdarəçiliyi (DHMİ) tərəfindən elan edilən tenderdə “SOCAR Aviation” markası ilə qalib gəldikdən sonra Milas-Bodrum yanacaqdoldurma obyektini istifadəyə verib. Obyektdən ilk yanacaq təchizatı 21 iyul 2020-ci il tarixində Türk Hava Yollarına (THY) gerçəkləşdirilib.
Bildirilib ki, “SOCARTürkiyə” Milas-Bodrumdakı yanacaqdoldurma məntəqəsi ilə hava nəqliyyatı sahəsində ilk yanacaqdoldurma obyektini işə salmış oldu.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026