15:08 - 1.10.2026
1 oktyabr, Fineko/abc.az. ABŞ-ın “Constellation Energy” şirkəti və “Amazon”, Merilenddəki Calvert Cliffs Atom Elektrik Stansiyasının (AES) genişləndirilməsinə qoyulan sərmayəni dəstəkləməli olacaq 20 illik elektrik satınalma müqaviləsi (PPA) bağlayıblar.
Bu barədə Reuters məlumat verib.
Saziş ştatın enerji infrastrukturuna 3 milyard ABŞ dollarından çox sərmayə və 190 MVt-a yaxın yeni karbonsuz istehsal gücünün əlavə edilməsini nəzərdə tutur.
Saziş “Amazon”a “Calvert Cliffs” AES-dən 690 MVt elektrik enerjisinin tədarükünü nəzərdə tutur ki, bunun da təxminən 190 MVt-ı 2030–2032-ci illərdə istismara veriləcək əlavə gücdür. Beləliklə, müqavilə həm mövcud generasiyanı, həm də stansiyanın planlaşdırılan genişləndirilməsini əhatə edir.
Calvert Cliffs AES-in ümumi gücü 1 790 MVt olan iki enerji bloku var. Stansiya Çesapik körfəzinin qərb sahilində, Lusbi şəhərində yerləşir və Merilend ştatının yeganə atom elektrik stansiyasıdır.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026