15:46 - 24.01.2018
24 yanvar, Fineko/abc.az. 2017-ci ildə Azərbaycanda 39,6 milyard manatlıq sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən xəbər verilir ki, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,7% artmış, neft sektorunda isə 4,7% azalmışdır. Bu isə nəticədə sənaye məhsulunun ümumi istehsalının 3,4% azalmasına səbəb olmuşdur.
“Sənayedə qeyri-dövlət sektorunun payı 79,9% olmuşdur. Ümumi istehsalın 89,8% sənaye məhsulunun istehsalı, 10,2%-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır”, - məlumatda belə deyilir.
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026