14:09 - 27.07.2020
27 iyul, Fineko/abc.az. 2020-ci ilin iyun ayı ərzində Azərbaycandakı müştəri hesablarının sayı açıqlanıb.
ABC.AZ Mərkəzi Bankın yaydığı hesabata istinadən xəbər verir ki, sözügedən dövrdə açılan müştəri hesabları 19 milyon 887 min 235-ə çatıb.
Qeyd olunub ki, son bir ayda müştəri hesablarının sayı 425 min 227 ədəd və ya 2,2% artıb. O cümlədən, cari hesabların sayı 389 min 265 və ya 2,3% artaraq 17 milyon 18 min 177-ə, kredit hesablarının sayı 31 min 44 və ya 1,2% artaraq 2 milyon 582 min 377-ə, depozit hesablarının sayı isə 4 min 918 və ya 1,7% artaraq 286 min 681-ə yüksəlib.
Müəllif: Elmir Murad
29 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
28 Avqust 2026