Aksiz markası olmayan məhsullar mağazalarda necə peyda olub?

10:41 - 27.07.2020


27 iyul, Fineko/abc.az. Bildiyiniz kimi Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti markalanmalı məhsullar bazarında mütəmadi nəzərət tədbirləri həyata keçirir.

Bunun nəticəsində aksiz markasız məhsulların satılması halları minimuma endirilib, bir sıra qaçaqmalçıların fəaliyyətinə isə son qoyulub.

Buna baxmayaraq mağazalarda hələ də Gürcüstandan qaçaqmalçılıq yolu ilə gətirilmiş aksiz markası olmayan "Heiniken" pivələri satılmaqdadır.

ABC.AZ-ın məlumatına görə, Gürcüstandan gətirilmiş sözügedən pivələrə ən çox şərab evlərində rast gəlinir.

Pivələrin şüşələri üzərində gürcü dilində stiker və Gürcüstana məxsus aksiz markalar tətbiq edilib.

Mağazalarda və şərab evlərində aksiz markası olmayan tək "Heineken" pivəsi satılmır.

Eyni zamanda aksiz markası olmayan tütün məhsulları da "Duty free" adı ilə satılmaqdadır.

Ümid edirik ki, aidiyyatı qurumlar ən qısa zamanda məsələni nəzarətə götürüb, problemi aradan qaldıracaq.

Müəllif: Elmir Murad