16:37 - 24.07.2020
24 iyul, Fineko/abc.az. Azərbaycan banklarının filiallarında artım qeydə alınıb.
ABC.AZ-ın Mərkəzi Bankın icmal göstəricilərinə istinadən məlumatına görə, iyun ayında ölkədə bank filiallarının sayı 440 olub.
Müqayisə üçün qeyd edək ki, may ayında bank filiallarının sayı 439 idi.
Bu isə o deməkdir ki, iyunda yeni bank filialı açılıb. Buna baxmayaraq ötən ilin müvafiq dövrünə nisbətən 73 bank filialı bağlanıb. Belə ki, ötən ilin iyun ayında bank filiallarının sayı 513 idi.
Müəllif: Elmir Murad
29 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
28 Avqust 2026