Banklara əmanət qoyuluşu azalıb – 10 faizdən çox

12:38 - 24.07.2020


24 iyul, Fineko/abc.az. Bu il iyulun 1-nə Azərbaycan banklarına əmanət qoyuluşu 7 mlrd 706,4 milyon manat təşkil edib.

ABC.AZ report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankından bildiriblər. Qeyd olunub ki, bu, iyunun 1-i ilə müqayisədə 0,6% çoxdur.

İlin əvvəlinə nisbətən banklara əmanət qoyuluşu 10,8% az, son 1 ildə isə 11,8% azalıb.