Dövlət büdcəsinin xərcləri də artıb – Bu aylarda

15:07 - 23.07.2020


23 iyul, Fineko/abc.az. Aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxil proqnozu 4 milyard 211,7 milyon manat icra olunub.

ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, altı ayda dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,9 faiz və yaxud 11 milyard 730,8 milyon manat icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 779,8 milyon manat və ya 7,1 faiz çoxdur. İqtisadi təsnifata uyğun olaraq cari ilin 6 ayında dövlət büdcəsi xərclərinin 42,5 faizi və ya 4 milyard 984,4 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,1 faiz və ya 1 milyard 30,7 milyon manat çoxdur.

Yarım ildə dövlət büdcəsi xərclərinin 8 milyard 298,2 milyon manatı və ya 70,7 faizi cari xərclərə, 2 milyard 551,9 milyon manatı və ya 21,8 faizi əsaslı xərclərə, 880,7 milyon manatı və ya 7,5 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.