14:33 - 23.07.2020
23 iyul, Fineko/abc.az. Bu ilin 6 ayında dövlət büdcəsinin mədaxili 12 milyard 22,7 milyon manat, xərcləri 11 milyard 730,8 milyon manat olub.
Maliyyə Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, sözügedən dövrdə 291,9 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
Yarım ildə dövlət büdcəsinin mədaxili proqnoza qarşı 338,2 milyon manat, 2,9 faiz çox icra olub.
Bəhs olunan dövrdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4 milyard 5,4 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 326,6 milyon manat və ya 8,9 faiz çoxdur. Həmin vəsaitin 72,4 faizi və yaxud 2 milyard 899,5 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 367,7 milyon manat və ya 14,5 faiz çoxdur.
Müəllif: Elmir Murad
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026