12:34 - 23.07.2020
23 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə ixrac və Azərbaycanın həmin ölkələrdən idxal etdiyi məhsulların həcmi açıqlanıb.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə Azərbaycandan Aİ ölkələrinə 3 milyard 779,4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.
6 ayda Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 1 milyard 30,5 milyon dollar olub.
Bu göstərici 2019-cu ilin müvafiq dövrünə nisbətən 131,7 milyon dollar azdır.
4 Avqust 2026
4 Avqust 2026