17:40 - 21.07.2020
21 iyul, Fineko/abc.az. "MCB" QSC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 622 min manat xalis mənfəətlə başa vurub.
ABC.AZ-ın report-a istinadən məlumatına görə, bu barədə BOKT-un maliyyə hesabatında qeyd olunub. Hesabata əsasən, bu, 2018-ci ilə nisbətən təxminən 23% çoxdur.
Ötən il "MCB"nin vergiyəqədərki mənfəəti 687 min manat (illik müqayisədə 3% çox), mənfəət vergisi ödəmələri isə 66 min manat (59,3% az) təşkil edib.
Bu il yanvarın 1-nə "MCB"nin aktivləri 10,4 milyon manat olub ki, bu da illik müqayisədə 20,8% çoxdur. Bunun 9,7 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 17,6% böyüyüb.
Hesabat dövründə "MCB"nin öhdəlikləri 22,6% artaraq 6,3 milyon manata, balans kapitalı isə 18,2% artaraq 4 milyon manata çatıb.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026