16:19 - 21.07.2020
21 iyul, Fineko/abc.az. Rezidenturaya qəbul imtahanlarını vaxtı açıqlanıb.
ABC.AZ xəbər verir ki, Bakı və Naxçıvan şəhərlərində imtahanların 1-ci mərhələsi avqust ayının 5-də keçiriləcək. Namizədlər imtahanda iştirak etmək üçün bir sıra sənədlər gətirməlidir.
- imtahan gününə müvafiq olan “Namizədin imtahana buraxılış vərəqəsi”ni;
- “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni;
- şəxsiyyəti təsdiq edən sənədin əslini.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.