15:23 - 21.07.2020
21 iyul, Fineko/abc.az. Qurban bayramında 4 gün qeyri-iş günüdür.
ABC.AZ xəbər verir ki, bu barədə qərarı Baş Nazir Əli Əsədov verib.
Belə ki, Baş nazirin “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, 2020-ci il iyulun 31-i və avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.
Bu isə o deməkdir ki, 1 avqust şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust - bazar ertəsi ilə yeri dəyişdiriləcək, bazar ertəsi də qeyri-iş günü olacaq.
Müəllif: Elmir Murad