14:53 - 20.07.2020
20 iyul, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən istixanaların sayı barədə statistik məlumatlar açıqlanıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu il iyul ayının 1-nə ölkədə ümumi sahəsi 1,4 min hektar olan 3233 istixana fəaliyyət göstərib.
İstehsala gəlincə isə istixanalarda müxtəlin növ tərəvəzlərdə artım olub. Belə ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında istixanalarda yetişdirilən əsas məhsullardan olan pomidorun istehsalı 4,2 faiz artaraq 181,8 min ton, xiyarın istehsalı isə 10,5 faiz artaraq 10,7 min ton olub.
Müəllif: Elmir Murad
27 İyul 2026