14:11 - 16.07.2020
16 iyul, Fineko/abc.az. Bu ilin iyun ayında Azərbaycanda istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,7%, təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd olunub ki, istehlak qiymətləri indeksi əvvəlki ilin iyun ayına nisbətən isə 103% olub. 2020-ci ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 98,5%, əvvəlki ilin iyun ayına nisbətən 105,3% təşkil edib.
"Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma təzə balığın, pasterizə olunmamış üzlü südün, kəsmiyin, qarğıdalı yağının, limonun, bananın, gilasın, alçanın, əriyin, şaftalının, çiyələyin, qurudulmuş meyvələrin, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, yerkökünün, sarımsağın, soğanın, təzə göbələyin, kartofun, quru noxudun, bahalaşma isə əsasən yumru düyünün, qarabaşaq və manna yarmasının, vermişelin, sterilizə olunmuş üzlü südün, qatılaşdırılmış şəkərli südün, yoqurtun, xamanın, brınza pendirinin, yumurtanın, süfrə marqarininin, almanın, armudun, göyərtinin, mərcinin, qəhvənin, meyvə şirəsinin, arağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib", - komitədən bildirilib.