Qızıl cüzi bahalaşıb – Birja

10:13 - 16.07.2020


16 iyul, Fineko/abc.az. Dünya birjalarında satılan qızıl və gümüşün qiymətləri açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,60 ABŞ dolları bahalaşaraq 1 814,40 dollara ticarət olunub.

Gümüşün unsiyasının qiyməti 19,77 dollara satılıb.