17:25 - 19.01.2018
19 yanvar, Fineko/abc.az. 2017-ci ildə ARDNŞ-in Dövlət Sosial Müdafiə Fonduna ödənişləri 8% artıb.
ARDNŞ-in məlumatında deyilir ki, 2017-ci il ərzində dövlət büdcəsinə edilmiş ödənişlər 1 milyard 511 milyon 33 min manat təşkil etmişdir ki, bu da 2016-cı il ilə müqayisədə, 8,3% çoxdur.
“Bundan başqa, 2017-ci ildə Dövlət Sosial Müdafiə Fonduna 155 milyon 984 min manat vəsait ödəmişdir ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 8% artım təşkil etmişdir”, - ARDNŞ-in məlumatında belə deyilir.
27 İyul 2026