11:37 - 30.06.2020
30 iyun, Fineko/abc.az. Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Rüfət Hacıyev hazırda turizim şirkətlərinin böhran yaşadığını, koronavirus pandemiyası ilə əlaqədar olaraq böyük maliyyə itkiləri ilə üzləşdiklərini bildirib.
ABC.AZ xəbər verir ki, o bunu Assosiasiyanın təşəbbüsü ilə "Azərbaycan Hava Yolları" QSC (AZAL) ilə keçirilən onlayn görüşdə qeyd edib.
O, iyunun 18-dən AZAL-ın bilet satışını yalnız onlayn qaydada həyata keçirməsini əksər turizm şirkətlərinin müəyyən narazılıqla qarşıladığını da əlavə edib.
Məhdudiyyətlərin pandemiya dövründə tətbiq olunmasının vacibliyinə toxunan AZAL-ın vitse-prezidenti Eldar Hacıyev yeni qaydaların tətbiqində əsas məqsədin vətəndaşların sağlamlığını qorumaq və sosial məsafəni saxlamaqla virusun geniş yayılması riskinin qarşısının alınması olduğunu bildirib.
Müəllif: Elmir Murad
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026