Bu ödəniş kartlarının sayı kəskin artıb – 5 ayda

11:04 - 29.06.2020


29 iyun, Fineko/abc.az. 2020-ci ilin may ayının sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı məlum olub.

ABC.AZ Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, sözügedən dövrdə ölkədə 8 milyon 466 min ədəd ödəniş kartları mövcud olub.

Bu ilin ilk 5 ayında (yanvar-may) isə ötən ilin analoji dövrünə nisbətdə cəmi ödəniş kartlarının sayı 1 milyon 200 min ədəd artıb. Kartların sayında artımın böyük hissəsi fermer kartlarının və 190 manat birdəfəlik yardımın alınması üçün kartların verilməsi ilə əlaqədardır. Belə ki, ilk 5 ayda sosial kartların sayı 915 min ədəd artaraq 3 milyon 198 min ədədə yüksəlib.

O cümlədən, aprel - may aylarında isə sosial kartların sayında artım 544 min ədəd təşkil edib.

Müəllif: Elmir Murad