Banklara kredit qoyuluşu azalıb

15:39 - 25.06.2020


25 iyun, Fineko/abc.az. Bu il iyunun 1-nə Azərbaycan banklarına kredit qoyuluşunun həcmi açıqlanıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, sözügedən dövrdə banklara kredit qoyuluşu 14,36 mlrd manat təşkil edib ki, bu da illik müqayisədə 1 mlrd 499,6 mln manat və yaxud 11,7% çoxdur.

Müqayisə üçün qeyd edək ki, kredit qoyuluşu ötən aya nisbətən 2,6% az, ilin əvvəli ilə müqayisədə isə 3,6% azdır.

Müəllif: Elmir Murad