Mərkəzi Bank banklara 41,6 milyon dollar satıb

14:28 - 25.06.2020


25 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, valyuta hərracında iyunun 25-də banklara $41,6 mln satılıb.

"Banklar tərəfindən valyuta hərracına tələb $41,6 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, manatın dollara qarşı ortaçəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.