Azərbaycana 35,8 milyon dollar dəyərində kərə yağı idxal olunub – Statistika

15:10 - 24.06.2020


24 iyun, Fineko/abc.az. Bu ilin 5 ayında (yanvar-may) Azərbaycana idxal olunan kərə yağı və süddən hazırlanmış digər yağların həcmi açıqlanıb.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a verilən məlumata görə, bəhs olunan dövrdə 7,2 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

İdxal edilən yağların dəyəri 35,8 milyon ABŞ dolları olub.

Qeyd edək ki, keçən ilin eyni dövründə 27,1 milyon dollarlıq 5,4 min tondan çox kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Müəllif: Elmir Murad