16:42 - 22.06.2020
22 İyun, Fineko/abc.az. 2020-ci ilin yanvar-may aylarında Naxçıvan MR-də 155 milyon 506 min 400 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb.
ABC.AZ Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, ixracın dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artaraq 128 milyon 159 min 400 ABŞ dolları təşkil edib.
Beləliklə də 100 milyon 812 min 400 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.