Dünya Bankı Azərbaycanda məşğulluq proramına dəstək olacaq – Saziş imzalanıb

15:40 - 22.06.2020


22 iyun, Fineko/abc.az. Azərbaycan və Dünya Bankı iki layihənin reallaşdırılması məqsədilə $150 milyon ümumi məbləğdə kredit sazişləri imzalayıb.

ABC.AZ interfaks-a istinadən xəbər verir ki, bu barədə DB-nin Bakı nümayəndəliyindən məlumat verilib.

“Sazişlər iyunun ortalarında imzalanıb və bank tərəfindən məşğulluq proqramının genişləndirilməsi və ədliyyə sisteminin inkişafına $150 milyon məbləğində kreditlərin ayrılmasını nəzərdə tutur”, - nümayəndəlikdən qeyd edibər.

Qeyd edək ki, 2020-ci il martın 5-də Dünya Bankı məşğulluğa dəstək layihəsinin maliyyələşdirilməsi üçün Azərbaycana $100 milyon məbləğində kredit ayırıb. Kredit vəsaiti 4 ili güzəştli olmaqla 14 il müddətinə ayrılıb.

5 illik dövrü əhatə edən məşğulluğa dəstək layihəsinin məqsədi Azərbaycanda əhalinin həssas təbəqələrinə iş tapmaqda, əmək bazarında özünüməşğulluq imkanlarının reallaşdırılmasında kömək etməkdir. Layihə gənclər, qadınlar, təhsil səviyyəsi aşağı olan insanlar və ölkə daxilində köçürülmüş şəxslər arasında məşğulluqla bağlı vəziyyətin yaxşılaşdırılmasına yönəldiləcək.