Bəzi qeyri-sabit bankların sistemdən çıxarılmasına nail olmuşuq – Elman Rüstəmov

10:01 - 18.06.2020


18 iyun, Fineko/abc.az. Biz makroiqtisadi sabitliyi qoruya bilmişik, inflyasiyanın səviyyəsi təqribən 3%-dir.

ABC.AZ-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Prezident İlham Əliyevin Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında videokonfrans formatında təşkil olunmuş görüşdə deyib.

O qeyd edib ki, milli valyutanın kursu sabitdir və mübadilə kursu üzərində heç bir təzyiq yoxdur: "Proqnozlara görə, bu ilin sonunadək çox cüzi bir resessiya olacaq. Lakin maliyyə sektorunda vəziyyət çox sabitdir və həmçinin bəzi qeyri-sabit bankların sistemdən çıxarılmasına nail olmuşuq".

Müəllif: Elmir Murad