Azərbaycan 2050 çeşiddə məhsul ixrac edib – 5 ayın nəticəsi

15:33 - 17.06.2020


17 iyun, Fineko/abc.az. 2020-ci ilin yanvar-may aylarında Azərbaycandan ixrac olunan məhsulların çeşidləri məlum olub.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, sözügedən dövrdə 2050 çeşiddə məhsul ixrac edilib.

Qeyd edək ki, 5 ayda Azərbaycanda ixrac əməliyyatlarının dəyəri 6 milyard 971,9 milyon ABŞ dolları olub.