16:44 - 16.06.2020
16 iyun, Fineko/abc.az. 2020-ci ilin 5 ayında (yanvar-may) dövründə Azərbaycandan 123 milyon 89 min dollar dəyərində 104 min 860 ton pomidor ixrac edilib.
ABC.AZ Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, indiyədək ilk 5 ayda qeydə alınmış ən yüksək məbləğdə pomidor ixracıdır.
Pomidor ixracının məbləğ ifadəsi 18%, miqdar ifadəsi isə 14,4% artıb.
Qeyd edək ki, 2019-cu ilin yanvar-may dövründə Azərbaycandan 104 milyon 239 min dollar dəyərində 91 674 ton pomidor ixrac edilmişdi.