15:40 - 16.06.2020
16 iyun, Fineko/abc.az. 2020-ci ilin may ayında Azərbaycanın idxalı ixracını üstələyib. Mayda ixracdan daxil olan valyuta həmin ayın idxalına kifayət etməyəcək məbləğdə olub.
Dövlət Gömrük Komitəsindən ABC.AZ-a verilən məlumata görə, may ayında Azərbaycanın idxalı 782 milyon 529 min dollar, ixracı isə 665 milyon 504 min dollar təşkil edib.
İdxalın həcmi ixracın həcmini üstələdiyindən 117 milyon 24 min dollarlıq mənfi saldo yaranıb.
Müqayisə üçün qeyd edək ki, apreldə Azərbaycanın ixracı 2 milyard 99 milyon 97 min dollar, idxalı isə 745 milyon 210 min dollar təşkil etmişdi. Beləliklə, aprel ayı ilə müqayisədə mayda ixac azalıb, idxal isə artıb.
Müəllif: Elmir Murad