Azərbaycandan kapital çıxarışı artıb – 35 faiz

11:02 - 16.06.2020


16 İyun, Fineko/abc.az. 2020-ci ilin yanvar-mart aylarında Azərbaycandan 999,9 milyon məbləğində kapital çıxarılıb.

ABC.AZ Mərkəzi Bankın dərc etdiyi tədiyə balansına dair məlumatına istinadən xəbər verir ki, bu rəqəm ötən illə müqayisədə 35% artıb.

Belə ki, 2019-cu ilin 1-ci rübündə Azərbaycandan 740,8 milyon məbləğində kapital çıxarılımışdı.

Ölkənin əsas bankından bildirilib ki, bu ilin 1-ci rübündə Azərbaycanın rezidentləri xarici kreditlər üzrə 88,7 milyon dollar məbləğində faiz ödənişi həyata keçiriblər.

Müəllif: Elmir Murad