10:42 - 16.06.2020
16 iyun, Fineko/abc.az. Bu gündən "AGBank” və “NBC Bank”dakı əmanətlərin sahiblərinə kompensasiyaların verilməsinə başlanılır.
Əmanətlərin Sığortalanması Fondundan ABC.AZ-a verilən məlumata görə, əmanətlərin qaytarılması üçün agent bank olaraq “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilib, yəni əmanətlər bu bankın filiallarında qaytarılacaq. Əmanətlər nağdsız qaydada ödəniləcək.
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması üçün əmanətlər iki mərhələdə qaytarılacaq:
Məbləği 30 min manatadək olan (30 min manat daxil olmaqla) əmanətlər üzrə ərizələrin qəbulu və kompensasiyanın verilməsi iyunun 16-dan başlayır.
Daha böyük əmanətlər üçün isə bu müddət iyulun 15-də başlayacaq.
Kompensasiya almaq üçün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filiallarına müraciət edən əmanət sahibləri əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını, əmanətin sahibliyini təsdiq edən digər sənədlərin (hesabdan cıxarışların) və şəxsiyyəti təsdiq edən sənədin təqdim etməlidir. Qorunan əmanətçilər hesabdan çıxarışları “AG Bank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Cəlil Məmmədquluzadə küç., 102A ünvanında yerləşən baş ofisi, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından ala bilərlər.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026