11:37 - 17.01.2018
17 yanvar, Fineko/abc.az. “Azərsu” ASC bu gün su verilişində fasilələrin olacağı barədə xəbər verir.
ASC-nin məlumatında deyildiyi kimi, bu gün, Müşfiqabad qəsəbəsindən Sulutəpə qəsəbəsinə qədər ərazidə Şollar-Bakı su kəmərindən qidalanan istehlakçıların su təchizatında məhdudiyyətlər olacaq.
“Su verilişində məhdudiyyətlər, Bakı Metropoliteninin Bənövşəyi xəttinin Elektrik Deposunun tikintisi layihəsi çərçivəsində Yeni Avtovağzal yaxınlığından keçən magistral su kəmərlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar olacaq”, - məlumatda belə deyilir.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026