12:30 - 8.06.2020
8 iyun, Fineko/abc.az. Bu ilin may ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxil olan gömrük rüsumları illik müqayisədə 18,1 milyon manat və ya 20,3% azalaraq 71 milyon manat olub.
ABC.AZ Komitəyə istinadən xəbər verir ki, illik azalma olsa da may ayında artım baş verib.
Belə ki, qurumun xətti ilə ötən ay dövlət büdcəsinə 348 milyon 222 min manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin may ayı ilə müqayisədə 6 milyon 584 min manat və yaxud 1,9% çoxdur. ƏDV üzrə daxilolmalar 34,7 milyon manat və yaxud 15,2% artaraq 263,5 milyon manat, aksizlər üzrə daxilolmalar 9,5 milyon manat və yaxud 47,9% azalaraq 10,7 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 0,5 milyon manat və yaxud 15,2% azalaraq 3,1 milyon manat təşkil edib.
Müəllif: Elmir Murad
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026