Avropa Mərkəzi Bankı faiz qərarını açıqlayacaq

11:16 - 4.06.2020


4 iyun, Fineko/abc.az. Bu gün Avropa Mərkəzi Bankı növbəti dəfə Bank qərarlarını açıqlayacaq.

ABC.AZ xəbər verir ki, ekspertlər Avropa Bankının qiymətli kağız alışı proqramını 500 milyard avro artırmasını gözlədiklərini açıqlayıblar.

Ehtimal olunur ki, Avropa Bankı əsas faizini 0%-də, depozit faizini mənfi 0,50%-də, marjinal borc faizini 0,25%-də dəyişməz saxlayacaq.

Qeyd edək ki, Avropa Mərkəzi Bankı faiz qərarını Bakı vaxtı ilə saat 15:45-də açıqlayacaq.

Müəllif: Elmir Murad