12:27 - 3.06.2020
3 iyun, Fineko/abc.az. May ayında Gürcüstanda istehlak qiymətləri indeksi aylıq müqayisədə 0,2% artıb.
ABC.AZ xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Hesabata əsasən, illik inflyasiya isə 6,5% təşkil edib. Ötən ay restoran və mehmanxana xidmətləri 4,3%, sağlamlıq xidmətləri 1,3% bahalaşıb, nəqliyyat xidmətləri isə 2,4% ucuzlaşıb.
İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və alkoqolsuz içkilər 14,7%,
Meyvə və üzüm 47,1%,
Süd, pendir və yumurta 24,6%,
Balıq 17,1%,
Qənd, cem, bal, şokolad və qənnadı məmulatları 14,5%,
Qəhvə, çay və kakao 13,9%,
Ət 13,5%,
Yağ 13,1%,
Mineral sular, içkilər, meyvə və tərəvəz şirələri 9,5 %,
Çörək 9,2%, tərəvəzlər isə 2,7% bahalaşıb.
Müəllif: Elmir Murad
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026