11:04 - 3.06.2020
3 iyun, Fineko/abc.az. Almaniyada bəzi iqtisadi proseslər avroya olan tələbatı bir az da artırıb.
ABC.AZ xəbər verir ki, avroya tələbin artması, həm də dolların ucuzlaşma ehtimalının artdığı vaxtda baş verir.
Belə ki, ABŞ-ı bürümüş iğtişaşların adıçəkilən ölkə iqtisadiyyatına mənfi təsiri edəcəyi proqnozlaşdırılır. Bu isə istər-istəməz Avropa və əsasən də Almaniyada avroya tələbatı artırıb və onun güclənməsinə gətirib çıxarıb.
Ekspertlər hesab edir ki, EUR/USD məzənnəsi 1.12$-ın üzərində möhkəmlənərsə, 1.15$-a kimi də bahalaşa bilər. GBP/USD məzənnəsində də 1.26$-ın qırılması ilə bahalaşma 1.28$-a kimi davam edəcəyi ehtimal olunur.
Müəllif: Elmir Murad
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026