15:17 - 1.06.2020
1 İyun, Fineko/abc.az. Azərbaycanda POS-terminalların sayı aprel ayı ərzində 14 459 vahid və ya 20% azalaraq mayın 1-nə 56 668 ədəd təşkil edib.
ABC.AZ apa-ya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankının məlumatında qeyd olunub.
Məlumata əsasən, POS-terminalların 36 311 ədədi və ya 64%-i Bakıda, 20 357 ədədi və ya 36%-i isə regionlarda quraşdırılıb. Hesabat ayında bankomatların sayında da azalma müşahidə olunub. Belə ki, ölkədə quraşdırılmış bankomatların sayı aprel ayı ərzində 41 ədəd və ya 1,5% azalıb.
Qeyd edək ki, ilin əvvli ilə müqayisədə bankomatların sayında 11 ədəd, POS-terminallar üzrə isə 10 800 ədəd azalma olub.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026